“Ermənistan tərəfi Xocalı Soyqırımı haqqında həqiqi informasiyanın ötürülməsinə mane olmağa çalışırdı”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Report”a Azərbaycan əsilli tanınmış fransız fotojurnalist Reza Deqati danışıb.

Onun sözlərinə görə, ermənilərin Xocalıda törətmiş olduqları dəhşətlərin şahidi olduqdan sonra özünə borc bilirdi ki, bu barədə dünyaya danışsın. Ancaq erməni ictimaiyyəti buna maksimum mane olmağa çalışırdı. Bu məqsədlə onlar hətta real kadrların nümayiş olunduğu sərgiyə daxil olaraq şəkilləri məhv etməyə də çalışmışdılar.

Bununla belə Deqati Azərbaycanın Xocalı faciəsi ilə bağlı ədaləti bərqərar etmək üçün böyük işlər gördüyünü deyir. Fotojurnalist həmçinin şahidi olduğu bir sıra hadisələr barədə də danışıb. O, Xocalıda baş verən hadisədən sonra şəhərə buraxılmadığından cəsədlərinin gətirildiyi Ağdama yollandığını yada salır.

“Mən faciənin şahidi oldum: Xocalıdan qaçmış yüzlərlə insan orada toplaşmışdı. Hamı ağlayır, qaçır və şok içində idi. Çoxlu cəsəd də var idi. Onların çoxu güllələnməkdən savayı həm də eybəcər hala salınmışdı. Onlara işgəncə verilmişdi”, – 30 il öncə baş vermiş hadisələri yada salan Reza Deqati danışır.

Reza Deqati xatırlayır ki, hər gün oğlunu axtarmaq üçün morqa gələn qadın bir gün morqdan çıxaraq, gözləri çıxarılmış oğlunun cəsədini tapdığını bağırmışdı. Fotoqrafın sözlərinə görə, sonra həkimlərdən biri onun hələ sağ ikən gözlərinin çıxarıldığını və göz yuvalarından çoxlu qan axmasının bunu sübut etdiyini bildirmişdi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın