Amerikalı təşəbbüskar, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask ABŞ-ın Texas ştatında yeni şəhər salacağını deyib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı o, özünün “Twitter” səhifəsində yazıb:

“Texasda Starbeys şəhərini yaradıram”.

Bu şəhərin ərazisinin “SpaceX” kosmodromunun yerləşdiyi Boka-Çikadan daha böyük olacağı bilinir. Bundan başqa, Starbeysdə itlərə “çox” yaxşı davranılacağı vurğulanır.

Qeyd edək ki, İlon Mask 2020-ci ilin sonunda Kaliforniyadan Texasa köçüb. 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın