Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

YALAN.info bildirir ki, bununla əlaqədar olaraq “Dövlət rüsumu haqqında” qanuna 22.0.34-2-ci maddə əlavə edilib.

Qanuna görə, Azərbaycanda ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyət göstərmək istəyən ödəniş təşkilatı 2 000 manat dövlət rüsumu ödəyəcək.

Bundan başqa, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyət göstərmək istəyən elektron pul təşkilatından 3 000 manat, operatordan isə 2 500 manat rüsum alınacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın