Dünyanın ən gözəl qadınları siyahısında ilk sırada göstərilən tanınmış italyan aktrisa Monika Belluçi (Monica Bellucci) “Hürriyyet” qəzetinə müsahibə verib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Belluçi müsahibə zamanı maraqlı açıqlamaları ilə yadda qalıb.

O bildirib ki, sevilməklə birlikdə, nifrətlə də qarşılanır:

“Mənə nifrət edirlər. Mənsə bu nifrətdən enerji alıram. Çünki nifrət edənlərin məni yönəltməsinə yol vermirəm”.

Monika daha sonra rejissorların onun bədənindən yararlandıqlarını deyib:

“Rejissorlar pislikləri üzə çıxarmaq üçün gözəlliyimdən yararlandılar. Örnək olaraq, “Malena” və “Geri dönülməz” filmlərindəki rollarım kimi…

Rejissorlar bədənimdən əşya kimi yararlandılar. O layihələrdə insan kimi yox, alət kimi yer almışam”.







Tanınmış italyan aktrisa Monika Belluççi (Monica Bellucci)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın