Fransanın paytaxtı Parisdə UEFA Millətlər Liqası 2024/2025 mövsümünün püşkü atılıb.

YALAN.info bildirir ki, Azərbaycan yığması C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə üz-üzə gələcək.

UEFA Millətlər Liqası 2024/2025 mövsümü

A Liqası

1-ci qrup: Xorvatiya, Portuqaliya, Polşa, Şotlandiya

2-ci qrup: İtaliya, Belçika, Fransa, İsrail

3-cü qrup: Niderland, Macarıstan, Almaniya, Bosniya və Herseqovina

4-cü qrup: İspaniya, Danimarka, İsveçrə, Serbiya

B Liqası

1-ci qrup: Çexiya, Ukrayna, Albaniya, Gürcüstan

2-ci qrup: İngiltərə, Finlandiya, İrlandiya, Yunanıstan

3-cü qrup: Avstriya, Norveç, Sloveniya, Qazaxıstan

4-cü qrup: Uels, İslandiya, Monteneqro, Türkiyə

C Liqası

1-ci qrup: İsveç, Azərbaycan, Slovakiya, Estoniya

2-ci qrup: Rumıniya, Kosovo, Kipr, Litva-Cəbəllütariq cütünün qalibi

3-cü qrup: Lüksemburq, Bolqarıstan, Şimali İrlandiya, Belarus

4-cü qrup: Ermənistan, Farer adaları, Şimali Makedoniya, Latviya

D Liqası

1-ci qrup: Litva – Cəbəllütariq cütünün məğlubu, San Marino, Lixtenşteyn

2-ci qrup: Moldova, Malta, Andorra

Azərbaycan millisinin məşqçisi Arif Əsədov UEFA Millətlər Liqasındakı püşkatma ilə bağlı danışarkən səbətlərin ən güclü komandaları ilə qarşılaşacaqlarını söyləyib: “Həmin yığmaların hər biri ilə bu yaxınlarda oyunlarımız olub. Bu qarşılaşmalarda udmuşuq da, uduzmuşuq da. Düşünürəm ki, maraqlı qrupdur. Milli komandamıza uğurlar arzu edirəm”.

Onu da bildirək ki, UEFA Millətlər Liqasının 2024/2025 mövsümü sentyabrın 5-7-də keçiriləcək ilk turun oyunları ilə başlayacaq. Azərbaycan yığması ilk oyununu sentyabrın 5-də evdə İsveçə qarşı keçirəcək. Komanda sentyabrın 8-də Slovakiyanın qonağı olacaq. Milli oktyabrın 11-də səfərdə Estoniya, bundan üç gün sonra isə doğma azarkeşlər önündə Slovakiya kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək. Azərbaycan Milli Komandası son iki qarşılaşmasını noyabrın 16-da evdə Estoniya, noyabrın 19-da səfərdə İsveçə qarşı keçirəcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın