“Levski” ilə yollarımızı artıq ayırmışıq. Orada qalmaq uğurlu və cəlbedici deyildi”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu “Levski”dən ayrılan “Qarabağ” FK-nun keçmiş futbolçusu Simeon Slavçev (Simeon Slavchev) deyib.

Ölkəsində Blitz TV-yə müsahibə verən 28 yaşlı orta sahə oyunçusu ötən il Azərbaycan təmsilçisindən “Levski”yə keçdiyi üçün peşman olduğunu gizlətməyib: “Hələ “Qarabağ”da olanda bir gün “Levski”yə qayıdacağıma əmin idim. Sadəcə, nə vaxt olacağını bilmirdim. Ancaq deyəsən, 7 il legioner həyatı yaşadıqdan sonra Bolqarıstana qayıtmaqda erkən addım atdım. Bu mənada “Qarabağ”dan “Levski”yə dönmək geriyə doğru atılmış addım idi.

Komanda tamam başqa cür olsaydı, yaxşı çıxış etsəydim və zədəm olmasaydı, bəlkə də, geriyə addım olmazdı. Millidə, Polşada, Kiprdə, Azərbaycandakı oyunumu burada sərgiləyə bilmədim. Ardıcıl zədələr, düzgün bərpa dövrü keçməmək bunda böyük rol oynadı. Mənim üçün uğurlu dövr deyildi”.

“Sportinq”, “Bolton”, “Apollon”, “Lexiya” kimi klublarda legioner həyatı yaşamış Bolqarıstan millisinin üzvü ən çox “Qarabağ”da qazandığını söyləyib: “Azərbaycanda yaxşı idi, hər şey vaxtında ödənilirdi. “Qarabağ”da işlər peşəkar şəkildə görülürdü. Bəli, orada yaxşı ödəniş olur, ancaq nəticənin də 100 faiz olması gözlənilir. Saat 11-də bazaya gedirsən, axşam saat 8-də çıxırsan. Hətta əlavə məşq də olurdu. Hər gün idman zalında hazırlıq var və 8 saat bazada olursunuz.

“Qarabağ”da nəticə də var – 8-9 ildir avrokubokların qruplarında iştirak edirlər. Çempionlar Liqasında, Avropa Liqasında oynayıblar, mütəmadi avrokuboklardadırlar. Orada olduğum iki ildə iki dəfə Avropa Liqasının qrupunda çıxış etmişəm. Uğur hər kəsin peşəkar şəkildə işləməyi bacarması ilə əldə edilir. Orada oyunçuları çox diqqətlə seçirlər, bütün səlahiyyətlər baş məşqçidədir”.

Slavçev ən yaxşı dövrünü isə “Lexiya”da keçirdiyini vurğulayıb: “Lexiya”nı özəl olaraq vurğulamalıyam. İki il orada oldum, bu müddətdə çox əyləndim. Çünki komandanın çox azarkeşi var idi, peşəkar iş gedirdi. Orada çox yaxşı oynadım və özümü xoşbəxt hiss etdim. “Lexiya”dan sonra “Qarabağ”da futboldan həzz aldım”.

Qeyd edək ki, Simeon Slavçev 2018-ci ilin yayından 2019-cu ilin dekabrına qədər “Qarabağ”ın formasını geyinib.

MƏNBƏAPA Sport
Öncəki xəbərAvropa Birliyi Ermənistan və Azərbaycanı üçtərəfli bəyanatlara hörmət etməyə çağırıb
Sonrakı xəbərNovruz Əzimov: Futbolu fikirləşən yoxdur, ancaq “oyunlar” gedir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın