Avropa Birliyinin (AB) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsü Peter Stano Ermənistan-Azərbaycan sərhədindəki durumıa bağlı bəyanat yayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı AB-nin Xarici Fəaliyyət Xidmətinin saytına yerləşdirilmiş bəyanatda deyilib ki, AB itkilərlə nəticələnmiş Ermənistan-Azərbaycan sərhədindəki toqquşmadan dərin narahatlıq keçirir.

Yada salınıb ki, sərhəddəki durumla bağlı Avropa Birliyi Şurasının prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə telefon əlaqəsi saxlayaraq sərhəddə yaranmış vəziyyəti müzakirə edib. Ş.Mişel tərəfləri gərginliyin təcili azaldılmasına və atəşkəs rejiminə tam riayət olunmasına çağırıb:

“AB Ermənistan və Azərbaycanı son dərəcə təmkinli olmağa, ərazidəki hərbi qüvvələrdən istifadə etməməyə və imzalanmış üçtərəfli bəyanatlar çərçivəsində götürülmüş öhdəliklərə hörmət etməyə çağırır. Biz hər iki tərəfi sərhədlərin demarkasiyası da daxil olmaqla, həll edilməmiş məsələlərin hərtərəfli həlli yönündə işləmək üçün danışıqları bərpa etməyə çağırırıq”.

Bəyanatda qeyd olunub ki, AB ATƏT-in Minsk Qrupu həmsədrlərinin 15 noyabr tarixli bəyanatını dəstəkləyir.

“AB gərginliyin aradan qaldırılmasına kömək etmək və bu regionda yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabitliyin, firavanlığın və sülhün olduğu Cənubi Qafqazın qurulmasına qatqı sağlamaq üçün Ermənistan və Azərbaycanla işləmək öhdəliyini bir daha bəyan edir”, – bəyanatda vurğulanıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın