Ağdamın “Qarabağ” Futbol Klubu dünən UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.

YALAN.info bildirir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda İsveçin “Hakken” klubunu 2-1 hesabı ilə udaraq tarixində ilk dəfə Avropa yarışında pley-offa yüksəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmaya Bakı vaxtı ilə saat 21:45-də başlayıb. Görüşü albaniyalı FIFA referisi Yucin Caya idarə edirdi. Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxmışdılar:

“Qarabağ”: 99 Andrey Lunyov, 44 Elvin Cəfərquliyev, 13 Bəhlul Mustafazadə 55. Bədavi Hüsenov, 29 Marko Veşoviç, 6 Julio Romao, 8, Marko Yankoviç, 7 Yassin Benzia, 10Abdullah Zubir, 15 Leandro Andrade, 18 Olavio Juninyo

“Hekken”: 26. Peter Abrahamsson, 21. Tomas Totland, 5. Even Hovland, 4. Ayham Usu, 13. Simon Sandberq, 27. Romeo Amane, 11. Samuel Qustafson, 18. Mikkel Riqaard, 23. Mamadu Sonko, 10. Ali Yussef, 17. Edvard Çilufya

“Köhlən atlar”ın heyətində 1-ci dəqiqədə Leandro Andrade, 45+3-cü dəqiqədə Yassin Benzia fərqlənib. Oyuna artırılmış vaxtın sonuncu dəqiqələrində meydan sahiblərinin kapitanı Bədavi Hüseynov topu öz qapısından keçirib.

Qarabağ 2:1 Hekken | UEFA Avropa Liqası | TAM OYUN

H qrupunun digər oyununda Leverkuzenin “Bayer 04” klubu Almaniyada Norveçin “Molde” kollektivini darmadağın edib – 5:1. Avropa Liqasında pley-off mərhələsinin püşkü dekabrın 18-də atılacaq.

UEFA Avropa Liqası: H Qrupu

#KomandaOQHMVQBQTFX
1Bayer Leverkuzen66001931618
2Qarabağ FK631279-210
3Molde6213121207
4Hakken6006317-140

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın