“Prezident Putinin bununla bağlı fikri qətidir: Rusiya Dağlıq Qarabağdakı müharibədə Ermənistana kömək etməyəcək”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

Ekspert Ermənistan Baş naziri Nikol Paşinyan ciddi cəhdlərlə Rusiyanı təxribata çəkməyə çalışdığını bildirib:

“Ermənistan lideri Nikol Paşinyan sözün əsl mənasında Rusiyaya Dağlıq Qarabağdakı müharibədə ölkəsinə kömək çağırışları ilə hücum edir. Paşinyanın iki hədəfi var. Birincisi, Rusiyanın hərbi yardımını artırmaqdır. İkincisi – məğlub olduğu təqdirdə bu məğlubiyyətə görə Rusiyanı günahlandırmaq və Ermənistanın bu hərbi məğlubiyyətinə görə şəxsən özünü məsuliyyətdən uzaq tutmaq.

Paşinyanın bu ikinci hədəfi Rusiya tərəfi üçün tamamilə aydındır. Hər kəs başa düşür ki, hərbi məğlubiyyətdən sonra Paşinyan Ermənistanı KTMT və Avrasiya İqtisadi Birliyindən çıxarmaq üçün anti-Rusiya kampaniyası təşkil edəcək. Çünki bu üzvlüyün özünü doğrultmadığını söyləyirlər.

Buna görə də Rusiyanın cavabı dəqiq və doğrudur – Rusiya və KTMT Ermənistan ərazisinin qorunmasına zəmanət verir. Ancaq bütün KTMT üzvlərinin dəfələrlə Azərbaycan ərazisi kimi tanıdığı Dağlıq Qarabağdakı müharibədə Ermənistana Rusiyanın hərbi dəstəyi olmayacaq.

Bu yaxınlarda Dağlıq Qarabağ məsələsinin müzakirə olunduğu Donbas könüllülərinin qurultayı keçirildi. Orada Donbas könüllülərinin Qarabağa getməyəcəyi açıq şəkildə bildirildi”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın