Ermənilərin indi obyektiv informasiya yayan ayrı-ayrı televiziya, qəzet və başqa media qurumlarına qarşı istifadə etdikləri təzyiq və təhdidlər erməni terrorunu informasiya müstəvisində də tətbiq etmələridir. Ermənistan necə terrorçu dövlətdirsə, işğalçı ordusu necə terrorçudursa, mülki, dinc sakinləri necə hədəf alırsa, erməni diasporu da informasiya müstəvisində bu terrorun davamını həyata keçirir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Teleqraf.com-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, Avropanın ən böyük ölkələrindən olan Fransanın “TF1” telekanalının müxbirinin ASALA terror təşkilatının üzvü, Fransadakı erməni diasporunun koordinasiya şurasının sədri Murad Papazyan tərəfindən ölümlə hədələnməsi əslində, erməni terrorunun bu gün nə dərəcədə aktual olduğunu bir daha bütün dünyaya nümayiş etdirir. Onun sözlərinə görə, bütün dünya aydın dərk edir ki, Azərbaycan əslində kimlərlə, necə bir işğalçı ölkə ilə, terroru mənimsəmiş və xislətində, hərəkətlərində onu hər addımbaşı nümayiş etdirən terrorçu birləşmələrlə üz-üzədir:

“Eyni zamanda “Nyu York Tayms” qəzetində dərc olunan obyektiv yazıya görə erməni diasporunun ABŞ-da həyata keçirdikləri də terrorçuluqdur. Bundan bir qədər əvvəl ABŞ-ın ayrı-ayrı ştatlarında yol kəsərək, ictimai qaydanı pozaraq yerli hakimiyyət orqanlarına təzyiq etməyə çalışan erməni diasporunun üzvləri də etdikləri hərəkətlə yenə terrorçu olduqlarını nümayiş etdirirlər. Çünki ictimai asayişi pozmaq, güc tətbiq etmək terrorçuluqdur. Ona görə də nəhayət, Qərb dərk etməlidir ki, əgər sivil davranış, Avropa dəyərləri, insan hüquqları doğrudan da alidirsə, o zaman mütləq ona qarşı çıxan terrorçular cəzalandırılmalıdır.

İnformasiya müstəvisində terror törədənlər, qonşu ölkələrə qarşı terror həyata keçirənlər mütləq cəzalandırılmalıdırlar. Nəhayət, söz və mətbuat azadlığına qarşı terror hədəsi ilə çıxış edənlər mütləq öz layiq olduqları cəzanı almalıdırlar”.

Hikmət Babaoğlu onu da bildirib ki, indiki informasiya müharibəsi kontekstində Azərbaycan erməni terrorizmini dünyaya yenidən tanıdır və dünya yenidən erməni terrorçularını tanımalıdır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın