Şahmat üzrə qadınlar arasından 5 qat dünya çempionu Nona Qaprindaşvili “Netflix” onlayn kinoteatra qarşı ABŞ-ın Los-Anceles Federal Məhkəməsində iddia qaldırıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, 80 yaşlı şahmatçı şirkəti “Kraliçanın qambiti” (The Queen’s Gambit) serialında onunla bağlı yanlış məlumat yaymaqda günahlandırıb.

Belə ki, serialın son seriyasında N.Qaprindaşvilinin kişi şahmatçılarla qarşılaşmadığı bildirilib və bu, həqiqətə uyğun deyil. Ekran əsərində həmçinin gürcü qrossmeyster səhvən rusiyalı şahmatçı kimi təqdim olunub.

N.Qaprindaşvili “Netflix”dən 5 milyon ABŞ dolları təzminat və serialdan onunla bağlı yanlış məlumatların silinməsini tələb edir.

Qeyd edək ki, N.Qaprindaşvili kişilər arasında beynəlxalq qrossmeyster adına layiq görülmüş ilk qadın şahmatçıdır. O, karyerasında ən azı 59 kişi şahmatçı ilə oyun keçirib.

Scott Frankın “Kraliçanın qambiti” (The Queen’s Gambit) dramı Ən Yaxşı Mini-Serial və Ən Yaxşı Aktrisa (Anya Taylor-Joy) nominasiyasında Qızıl Qlobus qazandı.

Creating The Queen’s Gambit | Netflix

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın