Şahmat üzrə Çempionlar Turunun (Champions Chess Tour) dördüncü mərhələs olan “Magnus Carlsen Invitational” turnirinin birinci günündə beş tur oynanılıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da mübarizəyə qoşulub. Şahmatçılarımız hərəyə beş qarşılaşma keçirib.

İlk turda Ermənistanı tərk etsə də, hələ də bu ölkənin bayrağı altında oynayan Levon Aronyanla görüşən Ş.Məmmədyarov turnirə qələbə ilə başlayıb. O, rəqibini qara fiqurlarla məğlub edib. Ardınca Daniil Dubov (Rusiya) və Hikaru Nakamura (ABŞ) ilə heç-heçə edən Məmmədyarov Yorden Van Forrest (Niderland) üzərində qələbə qazanıb. Məmmədyarov günün son qarşılaşmasında Maksim Vaşye-Laqrava (Fransa) uduzaraq günü 3 xalla tamamlayıb.

T.Rəcəbov da erməni rəqibi ilə prinsipial görüşə ilk gündə çıxıb. Başlanğıcda Aniş Giri (Niderland), Daniil Pişo (Argentina) və Uesli So (ABŞ) ilə heç-heçələrı sıralayan şahmatçımız ağ fiqurlarla oynadığı Aronyanla da xalı yarı bölüb. Teymur günün son oyununda Daniil Dubova (Rusiya) qalib gəlib. 

İlk beş turdan sonra Aniş Giri 4 xalla yarışın lideridir. Şəhriyar 3 xalla 4-cü, eyni xalı olan Teymur isə əlavə əmsallara görə 6-cıdır. 

Qeyd edək ki, Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi onlayn şahmat üzrə Çempionlar Turunun dördüncü mərhələsi martın 13-də başlayaraq martın 22-dək davam edəcək. Bu mərhələnin toplam mükafat fondu ilk dəfə 220 min dollar olacaq.

Onu da bildirək ki, indi yarışın son turnir cədvəlinə Uesli So və Teymur Rəcəbov başçılıq edir. Hər iki şahmatçının 108 xalı var. Təşkilatçı Maqnus Karlsen 85 xalla üçüncüdür. Turnirdən ən çox mükafat qazanan şahmatçı isə hələ Teymur Rəcəbovdur. O, öncəki üç turdan 73 500 dollar qazanıb. Vesli Soda isə bu rəqəm 70 min dollardır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın