Şahmat üzrə qadınlar arasından 5 qat dünya çempionu Nona Qaprindaşvili “Netflix” onlayn kinoteatra qarşı ABŞ-ın Los-Anceles Federal Məhkəməsində iddia qaldırıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, 80 yaşlı şahmatçı şirkəti “Kraliçanın qambiti” (The Queen’s Gambit) serialında onunla bağlı yanlış məlumat yaymaqda günahlandırıb.

Belə ki, serialın son seriyasında N.Qaprindaşvilinin kişi şahmatçılarla qarşılaşmadığı bildirilib və bu, həqiqətə uyğun deyil. Ekran əsərində həmçinin gürcü qrossmeyster səhvən rusiyalı şahmatçı kimi təqdim olunub.

N.Qaprindaşvili “Netflix”dən 5 milyon ABŞ dolları təzminat və serialdan onunla bağlı yanlış məlumatların silinməsini tələb edir.

Qeyd edək ki, N.Qaprindaşvili kişilər arasında beynəlxalq qrossmeyster adına layiq görülmüş ilk qadın şahmatçıdır. O, karyerasında ən azı 59 kişi şahmatçı ilə oyun keçirib.

Scott Frankın “Kraliçanın qambiti” (The Queen’s Gambit) dramı Ən Yaxşı Mini-Serial və Ən Yaxşı Aktrisa (Anya Taylor-Joy) nominasiyasında Qızıl Qlobus qazandı.

Creating The Queen’s Gambit | Netflix
Öncəki xəbərMariya Zaxarova erməni jurnalistlərin təxribatçı suallarından qaçmağı bacardı
Sonrakı xəbərBazellə heç-heçə bitən oyundan sonra Qurban Qurbanov: Bu gün çatışmayan bir qol idi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın