Azarkeşlərə ürəkdən çox sağ olun deyirəm. Çox gözəl ab-hava var idi. Bu gün çatışmayan bir qol idi. Çox sürətli və dinamik komandaya qarşı oynadıq. İlk yarının 10 dəqiqəsi düşündüyümüz kimi alınmadı. Oyunun gedişatında bəzi dəyişikliklər etdik və rəqibə istəyi kimi oynamaq fürsəti vermədik. Qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyimizə inanıram. Hər futbolçumuz əziyyət çəkməlidir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunları “Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov Bakıda İsveçrə “Bazel”i ilə qolsuz heç-heçə etdikləri UEFA Konfrans Liqasının qrup mərhələsinin l tur oyunundan sonra mətbuat konfransında deyib.

Bakı Olimpiya Stadionundakı qarşılaşmanı 17 mindən çox azarkeş izləyib. Görüş Ağdam təmsilçisinin hücumları ilə başlayıb. 8-ci dəqiqədə İbrahima Vadjinin zərbəsi qapının yanından keçib. 2 dəqiqə sonra isə rəqib qapıçı Haynts Linder Xayme Romeronun fərqlənməsinə icazə verməyib. 

38-ci dəqiqə qonaqların heyətində Pajtim Kasami cərimə meydançasında əllə oynasa da, belçikalı baş hakim Erik Lambrexts penalti təyin etməyib. 42-ci dəqiqədə Raul Petrettanın zərbəsindən sonra Şahruddin Məhəmmədəliyev “köhlən atlar”ı qoldan xilas edib. 44-cü dəqiqədə Artur Kabral topu qapının yanından vurub. 

İkinci yarı demək olar ki, bütövlükdə “Qarabağ”ın hücumları ilə keçsə də, “köhlən atlar” yalnız son 15 dəqiqədə rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaradıblar. Getdikcə təzyiqi daha da artıran ağdamlılar 79-cu dəqiqədə Patrik Andrade ilə qola yaxın olsa da, onun uzaq məsafədən vurduğu topu qapıçı tutub. Qolkiper az sonra ikinci yarıda meydana girən Marko Vesoviçin fərqlənməsinin qarşısını alıb. O, 90+4-cü dəqiqədə isə Ramil Şeydayevin yaxın məsafədən başla zərbəsini çətinliklə də olsa, dəf edə bilib.

https://www.youtube.com/watch?v=MGbV1Gv-GyQ
Qarabag vs. Basel: Extended Highlights | UECL Group Stage MD 1 | CBS Sports Golazo – Europe

Qeyd edək ki, H qrupunun digər matçında “Kayrat” Qazaxıstanda Kiprin “Omoniya” klubu ilə qolsuz heç-heçəyə razılaşıb. 

Kairat vs Omonia: Extended Highlights | UECL Group Stage MD1 | CBS Sports Golazo – Europe

Qarabağlıların məşq məşqçisinin mətbuat konfransından öncə isə “pivə olayı” yaşanıb. Ağdam təmsilçisinin baş məşqçi Qurban Qurbanov mətbuat konfransı zamanı masanın üzərində turnirin sponsorlarından olan pivə şirkətinə məxsus butulkasının yer almasını istəməyib.

“Qarabağ” – “Bazel” oyunundan sonra mətbuat konfransında yeni “pivə olayı” yaşanıb

Rəqib baş məşqçi Patrik Rahmenin mətbuat konfransında isə pivə şüşələri masaya qaytarılıb.

“Bazel”in baş məşqçisi: “Qarabağ” bizdən üstün idi”

İsveçrənin “Bazel” klubunun baş məşqçisi Patrik Rahmen Bakıda “Qarabağ”la qolsuz heç-heçə etdikləri UEFA Konfrans Liqasının qrup mərhələsinin l tur oyunundan sonra mətbuat konfransında deyib: “Çox intensiv oyun izlədik. Bunu da gözləyirdik. Meydanda eyni səviyyəli komandaları gördük. Ancaq 90 dəqiqə rəqib daha üstün oldu. İkinci hissədə yüksək pressinqlə oynadılar. Son dəqiqələrdə Ramil Şeydayevin zərbəsində isə bəxtimiz gətirdi. “Qarabağ” bizə qarşı öz potensialını ortaya qoydu”.

52 yaşlı mütəxəssis qazandıqları bir xala görə razı olduğunu bildirib: “Biz də oyunda bəzi şanslar yaratdıq. Sadəcə, hücumlarımızın sonunu gətirə bilmirdik. “Qarabağ” çox güclü rəqibdir. Qrupda yalnız “Kayrat”la bağlı yetərincə bilgim yoxdur. “Omoniya” ilə Kiprdə oynamaq çətin olacaq. “Qarabağ” 7 il avrokubokların və bir dəfə isə Çempionlar Liqasının qrup mərhələsində çıxış edib. Onlara hörmətlə yanaşıram”.

Rahmen nəticədən razı olduğunu söyləyib: “Çünki bu oyunla bir xaldan artığını düşünə bilmərəm. Dünən isveçrəli jurnalistlərlə söhbətimdə də “Qarabağ”ın necə güclü komanda olduğunu söyləmişəm. Nəticədən məyus deyiləm. Sadəcə, komandamdan daha çox şey gözləyirdim. Bəzi komponentlərdə razı qaldığım məqamlar var. Bir xala görə razıyam. Qrupun güclü komandasına qarşı oynadıq və Bakıdan bir xalla evə qayıdırıq”.

Qurban Qurbanov: Qarabağ futbolçularında yorğunluq hiss etmədim

49 yaşlı mütəxəssis qələbə qazanmağı çox istədiklərini bildirib: “Qarşıdakı görüşlərdə buna nail olacağımıza inanıram. Futbolçularda yorğunluq hiss etmədim və bu səbəbdən iki dəyişikliklə kifayətləndim. Düşünürəm ki, oyunçular sonadək tempi saxlaya bildilər. Bu, məni qane edirdi. Oyunçular bir-birilərini yaxşı anlayırdılar. Onların 90 dəqiqə oynamağa gücləri çatdı. Futbolçulardan razı qaldım. Belə oyunlarda qol vurmaq üçün həddindən artıq istəkli oluruq. Bəzən qapıçının yaxşı oyunu buna mane olur”.

Qurbanov “növbəti dəfə hücumçu transferi etmək istəyirsinizmi” sualına belə cavab verib:

“Bu, mənə ən çox verilən sualdır. Rəqib “Neftçi” ilə oyuna baxıb və İbrahima Vadjiyə qarşı xüsusi diqqət ayırdı. Komandamda hücumçulardan başqa digər oyunçular bombardir olsa, buna təəccüblənmərəm. İndi transfer dönəmi bitib. Ən azı yanvaradək gözləyəcəyik. Bu gün komandamdakı hər futbolçudan razıyam”.

Təcrübəli baş məşqçi qrupdan çıxmaq şansları barədə bunları diqqətə çatdırıb:

“Hər turnirdə maksimum nəticə əldə etmək niyyətindəyik. Son 4-5 ildə futbol elə səviyyəyə çatıb ki, istənilən komanda düşünmədiyimiz nəticəni əldə edir. Hər komanda bizə qarşı ciddi hazırlaşır. Qrupdakı rəqiblər arasında böyük fərqin olduğunu deyə bilmərik. Mən və futbolçular qarşımıza məqsəd qoymuşuq. Sonadək mübarizə aparıb, ən yaxşı nəticəni qazanmağa çalışacağıq”.

Mütəxəssis Xayme Romeronun zədə aldığı üçün birinci yarının sonunda əvəzləndiyini bildirib:

“Qaspar hələlik idman formasından çox uzaq idi. İndilərdə formasını bərpa etməyə başlayıb. Bu səbəbdən Marko Vesoviçi oyuna saldıq. Bacarıqlı və universal futbolçudur”.

Baş məşqçi görüşün sonlarında fərqlənə bilməyən Ramil Şeydayev haqqında danışıb:

“Çox əziyyət çəkən və işgüzar futbolçular. Qol ona daha da inam gətirə bilərdi. Siz necə təəssüfləndinizsə, mən də o duyğuları keçirdim (gülür). Ona inanıram. Mənim üçün futbolçunun olduğu kluba hörmət etməsi və işgüzar olması önəmlidir. Ramil də həmin oyunçulardandır”.

Qurban Qurbanov: “Çatışmayan qol idi”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın