Türkiyənin tanınmış pop-müğənnisi Sezen Aksuya “Şahanə bir şey yaşamaq” mahnısının sözlərinə görə cinayət işi açılıb. 

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, sənətçini dini dəyərlərə təhqir və təhrif etdiyi iddiası ilə şikayət ediblər.

Sezen Aksunun “Şahanə Bir Şey Yaşamaq” mahnısı 2018-ci ildə həyatını itirən Yaşar Gaga ilə ortaq çalışmasıdır. Sözləri müğənninin özünə aid olan mahnıda “Salam deyin cahil Adəm və Həvvaya” misrası yer alıb.

Ankarada məhkəməyə müraciət edən şəxslərin vəkili Mikayıl Yılmaz Aksunun dini şəxsiyyətləri etibarsızlaşdırdığını, aşağıladığını bildirib. O, insanların haqlı olaraq qəzəbləndiyini söyləyib. Bundan başqa, Sezenin mahnısının yayımlanmasına qadağa və bu bəstədən qazandığı məbləğin müsadirə olunması istənilib.

Yada salaq ki, bir neçə gündür Türkiyədə sözügedən mahnının sözləri ilə bağlı müzakirələr davam edir. Dindarlar sosial şəbəkələrdə Sezenin mahnısını tənqid edərək bunun dinə həqarət olduğunu bildirirlər.

Öncəki xəbərNizam Osmanov və Ənvər Əfəndiyev yeni hərbi obyektlərə baxış keçirdi
Sonrakı xəbərBrilliant Dadaşova Sezen Aksuya dəstək: Adəm və Həvvanın yaşadığı dövrdə din olmayıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın