Aktyor Erkan Petekkaya “Paramparça” serialında tərəf müqabili olmuş aktrisa Nurgül Yeşilçayı məhkəməyə verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyorun vəkili Çağdaş Çelik şikayət ərizəsini artıq məhkəməyə təqdim edib. Ərizədə Erkanın Nurgül tərəfindən təhqir olunduğu və şantaja məruz qaldığı yazılıb:

“Müvəkkilim (Erkan Petekkaya – red.) kişiliyinin onun tərəfindən qürurlandırıldığını söyləyən aktrisaya ağır ittihamlar irəli sürüb. Müvəkkilim əxlaq çərçivələrini aşan bu sözlər üzündən həyat yoldaşı və fanatları qarşısında alçaldılmış, bir qadın vasitəsilə piar aparmaq istəyən biri obrazı yaradılmışdır. Qarşı tərəf ona iftira atılaraq təhqir olunduğunu iddia etsə də, E.Petekkayanın belə bir açıqlamasının olmadığı üzə çıxmışdır”.

Qeyd edək ki, Nurgül Yeşilçay haqqında “təhqir” və “təhdid” maddələri üzrə cinayət işi açılıb.


Paramparça 29-cu Bölüm Final Səhnəsi: “Cihan, səninlə eyni şəhərdə yaşaya bilmərəm!..”

Öncəki xəbərRusiya neft satışında dollardan imtinaya hazırlaşır
Sonrakı xəbər5 Ermənistan döyüşçüsü və 2 Azərbaycanlı dinc sakin öldürüldü
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın