Rusiya prezidenti Vladimir Putin bu gün Krım yarımadasını Rusiyanın Krasnodar diyarı ilə birləşdirən körpünün avtomobillər üçün nəzərdə tutulan hissəsi açıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının “RIA Novosti” agentliyinə qaynaqlanaraq bildirdiyinə görə, Rusiya prezidenti Vladimir Putin Kerç boğazı üzərindən keçməklə çəkilən körpünün təntənəli açılış mərasiminə qoşulub.

V.Putin körpünün davamlılığını yoxlamaq üçün körpüdən keçən “KamAZ” markalı 10 yük maşınından ibarət karvanda ilk “KamAZ”-ın sükanı arxasında əyləşib.

RAW: Putin drives truck across newly-opened Crimean bridge

Maşın karvanı 19 km uzunluqdakı körpünü 16 dəqiqəyə keçib. Bu, hazırda Avropada ən uzun körpüdür. Bundan öncə Avropada ən uzun körpü Vasko da Qamanı Portuqaliya paytaxtı ilə birləşdirən 17,2 m uzunluqdakı körpü olub. Körpüdən sutkada 40 min avtomobil, 47 qatar keçə, ildə isə 14 milyon sərnişin və 13 milyon ton yük daşına bilər. Ancaq körpüdə qatarların hərəkətinə 2019-cu ildə icazə veriləcək.

Onu da vurğulayaq ki, Rusiya prezidenti V. Putin 2014-cü ilin aprelində Kerç körfəzi üzərindən keçməklə Krımı Rusiyanın Krasnodar diyarı ilə birləşdirəcək körpünün tikintisi ilə bağlı sərəncam verib. Körpünün tikintisinə 2016-cı ilin fevralında başlanıb.

Yasa salaq ki, Ukrayna torpaqları olan Krım yarımadasında 2014-cü il fevralın 27-28-də üzərində fərqlənmə nişanları olmayan hərbi geyimli şəxslər mülki obyektləri nəzarət altına alıb və yarımadada yerləşən Ukrayna hərbi hissələrini təcrid ediblər. Martın 1-də Rusiya Federasiya Şurası Ukrayna ərazisində “həmvətənlərin müdafiəsi” məqsədilə Rusiya Silahlı Qüvvələrinin istifadə edilməsinə sanksiya verib. Həmin il martın 16-da yarımadada “referendum” keçirilib və “referendum”un nəticələrinə uyğun olaraq, Krımın Rusiyanın tərkibinə salındığı bildirilib. Rusiyanın Krımı ilhaq etməsi dünya birliyi tərəfindən qınanıb, sanksiyaların tətbiqinə səbəb olub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın