Psaki qeyd edib ki, Rusiyanın ABŞ-ın yüksək səviyyəli rəsmilərinə qarşı sanksiyaları amerikalılara ciddi təsir etməyəcək.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Ağ Evin mətbuat katibi Cen Psaki ABŞ prezidenti Co Baydenin Rusiyanın sanksiyalar siyahısına salınması ilə bağlı zarafat edib.

Vaşinqtonda keçirdiyi brifinq zamanı Psaki vurğulayıb ki, Rusiya sanksiyaları amerikalıların nəzərdə tutulan məqsədlərinə ciddi təsir göstərməyəcək.

“Desəm ki, heç birimiz Rusiyaya turist səfərləri planlaşdırmırıq, ya da heç birimizin orada (Rusiyada – Red.) bank hesabları yoxdur ki, biz onlara giriş əldə edə bilməyək, heç kimi təəccübləndirmərəm”, – deyə Psaki cavab verib.

O, həmçinin zarafat edib ki, Rusiyanın sanksiyaları elan edilərkən “Kiçik prezident Bayden”dən söz açılmayıb: “Bəlkə də onun atasına sanksiya veriblər”.

Bildirək ki, martın 15-də Kreml Birləşmiş Ştatların sanksiyalarına cavab olaraq ABŞ prezidenti Co Bayden və daha 12 ABŞ rəsmisinin Rusiyaya girişini qadağan edib.

Yada salaq ki, ABŞ və Qərb ölkələri Rusiya Federasiyasının fevralın 24-də Ukraynaya qarşı açıq müharibəyə başladıqdan sonra Rusiyaya qarşı sarsıdıcı sanksiyalar tətbiq edib. Məhdudiyyətlər ölkədə valyuta dövriyyəsi, borc öhdəlikləri, Rusiya banklarına qarşı sanksiyalar və b. sahələri əhatə edirdi. Bundan sonra ayrı-ayrılıqda bir sıra şirkətlər və texnoloji nəhənglər Rusiya bazarını tərk etdiklərini elan etdilər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın