Dünya birjalarında neft yenidən bahalaşıb: Brent markalı neftin 1 barelinin qiyməti 79 dolları keçdi.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, APA-Economicsin xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,60 dollar və ya 0,85% artaraq 71,56 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,82 dollar  ya 1,05% artaraq 79,05 dollar təşkil edib.

Onu da vurğulayaq ki, Brent markalı neftin bir barelinin qiyməti sonuncu dəfə 2014-cü ilin noyabrın 25-də 79 dollar olub.

1 AÇIQLAMA

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın