Turinin “Yuventus” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo “Instagram” sosial şəbəsində hər paylaşımına görə 1,35 milyon avro qazanır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı BBC məlumat yayıb.

Beş Avropa çempionatında iştirak edən ilk və yeganə futbolçu olmaqla yanaşı, həm də çıxış etdiyi bütün qitə birinciliklərində qol vuran və turnirdə ən çox qol vuran oyunçu kimi də adını futbol tarixinə yazdıran Portuqaliyalı “Instagram” sosial şəbəkəsinin də ən dəyərli hesabına sahibdir. Belə ki, Kriştiano Ronaldo “Instagram”da izləyicilərinin sayını 300 milyona çatdıran ilk şəxsdir.

Həmçinin ən dəyərli hesablar siyahısında 219 milyon izləyici ilə Lionel Messinin də adı var. Argentinalı siyahıda yeddinci pillədədir və hər paylaşıma görə 0,93 milyon avro qazanır.

Öncəki xəbərABŞ və Kanadada anomal istilərə görə 500-dən artıq insan ölüb
Sonrakı xəbərErmənistan Füzuli və Zəngilanda basdırılmış mina xəritələrini Azərbaycana verdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın