Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciət edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Prezident müraciətində paytaxtda, xalqla birlikdə qalacağını bildirib. Dövlət başçısı həmçinin bu gündən etibarən Təhlükəsizlik Şurasına sədrlik edəcək.

“Dövlət başçısı kimi və bu gündən etibarən Təhlükəsizlik Şurasının sədri kimi mümkün qədər sərt davranmaq niyyətindəyəm”, – deyə Qazaxıstan başçısı Kasım-Jomart Tokayev xalqa müraciətində bəyan edib. 

Onun sözlərinə görə, bu, özlərinin və ailələrinin həyatını qorumaq üçün mənə çoxsaylı müraciətlər edən vətəndaşlarımızın təhlükəsizliyi məsələsidir. Bu, dövlətimizin təhlükəsizliyi məsələsidir. Əminəm ki, xalq məni dəstəkləyəcək.

Ölkə başçısı həmçinin nə baş verməsindən asılı olmayaraq, paytaxtda qalacağını açıqlayıb. “Xalqın yanında olmaq mənim konstitusion borcumdur. Qazaxıstan tarixindəki bu qara zolağı birlikdə aşacağıq. Bundan güclü çıxacağıq”, – deyə o bildirib.

Kasım-Jomart Tokayev həmçinin etirazlarla bağlı bildirib ki, yaxın vaxtlarda yeni təkliflər paketi açıqlanacaq.

Qeyd edək ki, buna qədər Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının ömürlük sədri idi.

Qazaxıstan dövlət başçısı Kasım-Jomart Tokayev ölkədə sosial-iqtisadi vəziyyətin sabitləşdirilməsi ilə bağlı bir sıra tapşırıqlar verib. Tokayev sosial əhəmiyyətli ərzaq məhsullarına dövlət qiymət tənzimləməsini tətbiq etməyi tapşırıb. Qərarı konkret regionun sosial-iqtisadi vəziyyətini nəzərə alaraq rayonların icra başçısı qəbul edəcək. Bundan qabaq Tokayev altı ay müddətində mayeləşdirilmiş qaz, benzin və dizelin qiymətlərinin tənzimlənməsi barədə göstəriş vermişdi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın