“Cəbrayıl şəhərində bir dənə də olsun salamat ev qalmayıb. Bu, bir dəhşətdir”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu dünyaca tanınmış fotoqraf Reza Deqati xarici diplomatlar və hərbi attaşeləri Cəbrayıl şəhərindəki qəbiristanlıqdakı vəziyyətlə bağlı məlumatlandırarkən deyib.

O vurğulayıb ki, ermənilər bütün qəbirləri dağıdıblar: “Ermənilər qəbiristanlıqdakı bütün qəbirləri ekskavatorla qazaraq qızıl axtarıblar. Hesab edirəm ki, bu insanlığa və bəşəriyyətə qarşı bir cinayətdir. Mən Birinci Qarabağ müharibəsi zamanında da burada olmuşam. Ancaq indi gördüyüm hər şey məni dəhşətə gətirir. Çünki mən nə qədər hərbi münaqişə zonalarında olmuşam və heç yerdə belə dəhşətli mənzərə görməmişəm”.

Xatırladaq ki, Prezident İlham Əliyevin göstərişi ilə Xarici İşlər Nazirliyi ilə birlikdə diplomatik korpus – səfirlər, hərbi attaşelər və beynəlxalq qurumların başçıları işğaldan azad olunmuş Cəbrayıl rayonunun mərkəzinə səfər ediblər.

Öncəki xəbərAmerika kinosunun böyük yalanı: Əslində kovboylar kimlərdir?
Sonrakı xəbərVitali Arkov: Qarabağdakı təxribatların arxasında kim durur?
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın