Qualcomm şirkəti ultrasəs texnologiyası əsasında çalışan yeni nəsil barmaq izi skanını təqdim edib. Təqdim edilmiş yeni nəsil barmaq izi skanı texnologiyası 3D Sonic Max adlanır. Sözügedən barmaq izi skanı texnologiyasının başlıca özəllikləri arasında onun ekran üzərində daha çox sahəni əhatə etməsi, daha yüksək səviyyəli təhlükəsizliyə sahib olması və barmaq toxunuşuna yüksək sürətlə reaksiya verməsi var.

Optik barmaq izi skanından fərqli olaraq ultrasəs texnologiyası əsasında çalışan barmaq izi skanı öz yüksək güvənliyi ilə seçilir. Belə ki, sözügedən texnologiya barmaq izinin strukturunu skan edə bilir. 0.2 mm qalınlığı olan 3D Sonic Max istənilən növ smartfon ekranı ilə uyğunlaşa bilir.

Bura həmçinin qatlana bilən smartfon ekranları da daxildir. Skanerin əhatə sahəsinin böyüməsi həmçinin onun barmaq toxunuşuna sürətlə reaksiya verməsinə imkan verir. Beləliklə sözügedən barmaq izi skanı texnologiyası 0.2 saniyəyə smartfon ekranını blokdan çıxarda bilir.

Qualcomm-un verdiyi məlumata görə, 3D Sonic Max-ın performans göstəriciləri də yaxşılaşdırılıb. Belə ki, o, barmağın hətta yaş, ya da çirkli olduğu halda da toxunuşa reaksiya verə bilir. Bu, skan texnologiyasının çoxlu sayda biometrik məlumatları yığması ilə əlaqələndirilir. Öncəki modeldə olduğu kimi 3D Sonic Max da eyni anda iki barmaq vasitəsilə skan özəlliyini dəstəkləyir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın