Qazaxıstan prezidenti Nursultan Nazarbayev xalqa müraciətində istefa etdiyi bəyan edib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Qazaxtan prezidentinin istefa etdiyi videosunu və sözlərini yayımlayır:

“Mən prezident postunda səlahiyyətlərimi dayandırmaqla bağlı qərar qəbul etmişəm”, – dövlət başçısı deyib.

O, sözlərinə artırıb edib ki, Respublikanın Təhlükəsizlik Şurasının sədri vəzifəsində qalacaq və “Nur Otan” partiyasına başçılıq etməyi davam etdirəcək.

Qazaxıstan Konstitusiyasına görə, vaxtından öncə vəzifəsindən azad edilməsi və istefa verməsi, ya da ölməsi zamanı, seçkilərə qədər dövlət başçısının səlahiyyətləri parlamentin yuxarı palatasının (Senat – red.) sədrinə keçir.

İndi ölkə prezidenti vəzifəsini yeni seçkilərə qədər Qazaxıstan parlamentinin yuxarı palatasının sədri Kasım-Jomart Tokayev yerinə yetirəcək.

Vurğulayaq ki, Qazaxıstanda sonuncu prezident seçkiləri 2015-ci ildə keçirilib. Nazarbayev 97,75 faiz səslə qələbə qazanıb. Növbəti seçkilər 2020-ci ildə nəzərdə tutulub.

İyul ayında Nazarbayevin 79 yaşı olacaq. O, 1990-cı ildən Qazaxıstanın prezidenti vəzifəsində olub.

Qazaxıstan qanunvericiliyə ilə Nazarbayevə millətin rəsmi lideri titulu verilib. Bu status Nazarbayevə prezident olub-olmamasından asılı olmayaraq ömürlük hakimiyyət səlahiyyətləri verir, həmçinin onu və ailə üzvlərini cinayət təqibindən azad edir.

Нурсултан Назарбаев Ушел в Отставку
Öncəki xəbərAntalya Fashion Week 2019: Şervin Nəcəfpur – I’m a Star
Sonrakı xəbərErmənistan Polisi Cəbhədə Qulluq Etməmək Üçün Özünü Güllələdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

3 AÇIQLAMA

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın