İran Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan “yaxşı bir saziş” üçün lazımlı iradəyə sahib olduqlarını ifadə edərək nüvə sazişi xaricindəki tələbləri qəbul etməyəcəklərini bildirdi.

Ölkənin rəsmi yayım orqanı “İran” qəzetində noyabrın 29-da Avstriyanın paytaxtı Vyanada başlanan nüvə müzakirələrilə bağlı məqaləsində Qərbi nüvə sazişi ilə bağlı “heç bir sözə əməl etməməkdə” günahlandıran Abdullahiyan yazıb: “İran yaxşı niyyətini göstərmək və sanksiyaların aradan qalxmasını təmin etmək üçün bir daha danışıqlara gedir.

Məqsəd nəticəverici danışıqlar və 4+1 ölkələri ilə yaxşı bir saziş əldə etməkdir. İran nüvə sazişi xaricindəki tələbləri qəbul etməyəcək və bu mövzuları müzakirə etməyəcək. Amerika Birləşmiş Ştatlarının nüvə sazişinə qayıtması üçün İranın maraqlarına uyğun şəkildə sanksiyaları tamamilə qaldırmalı, zəmanət verməli və addımları təsdiqlənən olmalıdır. Bu, təmin edilərsə, İran da vədlərinə əməl edər.

Nüvə sazişi tərəfdarlarının siyasi iradəsi olarsa, danışıqlar baş tutar. ABŞ əvvəlki kimi ağrılı təcrübələrin yaşanmayacağına dair zəmanət verməlidir. Ticari ortaqlarımızı narahat etməmək şərtilə Amerika İranla qalıcı ticarət əlaqələri qura bilər. Bu fürsət pəncərəsi sonsuza qədər açıq olmayacaq. ABŞ və 3 Avropa ölkəsi bunu yaxşı anlamalıdır. Tətbiq olunan bütün sanksiyalar aradan qaldırılmadan sazişin ərsəyə gəlməsi mümkün deyil.”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın