“Qarabağ” Futbol Klubu UEFA Avropa Liqasının qrup mərhələsinin növbəti oyununda İsveçın “Hakken” klubuna 0-1 hesabı ilə qalib gəlib.

YALAN.info bildirir ki, “Ullevi” stadionundakı qarşılaşmada Azərbaycan təmsilçisinin braziliyalı hücumçusu Juninyo Olavio Yassin Benzianın ötürməsindən sonra topu qapıdan keçirib.

Hekken 0:1 Qarabağ | UEFA Avropa Liqası | TAM OYUN

“Hakken”: 26. Peter Abrahamson, 13. Simon Sandberq, 3. Yohan Hammar, 4. Ayham Usu, 21. Tomas Totland, 18. Mikkel Riqaard, 11. Samuel Qustafson (k), 14. Simon Qustafson, 24. Amor Layuni, 17. Eduard Çilufya, 23. Mamadu Sonko

Baş məşqçi: Per Matias Hoqmo

“Qarabağ”: 99. Andre Lunyov, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 6. Julio Romao, 8. Marko Yankoviç, 77. Yassin Benzia, 10. Abdullah Zubir, 18. Juninyo Olavio, 15. Leandro Andrade

Baş məşqçi: Qurban Qurbanov

Görüşü avstriyalı FIFA referisi Sebastian Qishamer idarə edib.

İlk turda Bakıda “Molde”ni 1:0 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi xallarının sayını 6-ya çatdırıb.

H qrupunun digər görüşündə Almaniyanın “Bayer 04” komandası Norveçdə “Molde”yə qalib gəlib – 2:1. Altı xal toplayan Leverkuzen klubu qolların nisbətində “Qarabağ”ı üstələyir və liderliyini davam etdirir. “Molde” və “Hakken”in isə xalı yoxdur.

UEFA Avropa Liqası – H qrupu

#KomandaOQHMVQBQTFXal
1Bayer Leverkusen22006156
2Qarabag FK22002026
3Molde200213-20
4BK Haecken200205-50

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın