Qənirə Paşayeva pakistanlı deputatları Qarabağa çağırdı

Fevralın 24-də Azərbaycan və Pakistan parlament dostluq qruplarının Xocalı Soyqırımının 29-cu ildönümünə həsr olunmuş videogörüşü keçirilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva bildirib ki, Xocalı Soyqırımı hər zaman bizim ürəyimizdə bir ağrıdır.

“Çünki erməni silahlı qüvvələri uşaq, qadın, yaşlı demədən bizim soydaşlarımızı qətlə yetirib, ağır işgəncələrə məruz qoyublar. Xocalı şəhəri yer üzündən silinib. Onlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetiriliblər. Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan britaniyalı jurnalist Tomas de Vaalın kitabında bu insanların məhz azərbaycanlı olduğuna görə qətlə yetirdiklərini etiraf edib”, – deyə Q.Paşayeva söyləyib.

Deputat diqqətə çatdırıb ki, başlıca məqsədimiz bu soyqırımı törədənlərin ədalət qarşısında cavab verməsidir:

“Bu soyqırım insanlıq əleyhinə cinayətdir. Dünyanın bu soyqırımı tanıması, həqiqətləri bilməsi üçün qardaş və dost ölkələrə ehtiyacımız var. Bu baxımdan Pakistana təşəkkür edirik ki, bu qardaş ölkə həmişə Azərbaycanın yanında olub. Biz bu mənəvi və siyasi dəstəyin davamlı olacağına inanırıq”.  

Qənirə Paşayeva işğaldan azad olunmuş torpaqlarımızda ermənilərin törətdiyi vandalizmi öz gözləri ilə görmələri üçün pakistanlı deputatları ölkəmizə səfərə çağırıb.

Çıxış edən Pakistan Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun üzvləri xanım Şaza Xavaca, Farrux Xan bildiriblər ki, ermənilərin Azərbaycana qarşı törətdiyi Xocalı Soyqırımı ilə bağlı Pakistan bir sıra bəyanatlarla çıxış edib.

Pakistanlı deputatlar beynəlxalq qurumlarda Pakistana verilən dəstəyə görə Azərbaycana təşəkkür ediblər.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir