“Rusiya Ordusunun Donbasdakı hücumu sürətini itirib və qrafikdən böyük ölçüdə geri qalıb. Həmçinin son bir ayda heç bir önəmli ərazi uğuru əldə edə bilməyib”.

YALAN.info bildirir ki, bununla bağlı Böyük Britaniya kəşfiyyatı məlumat yayıb.

“İndi Rusiya, yəqin ki, fevral ayından bu yana Ukraynada iştirak edən quru qoşunlarının üçdə birini itirib. İndiki durumda Rusiyanın qarşıdakı 30 gün ərzində irəliləmə tempinin sürətlənməsi ola bilməz”, – bəyanatda deyilir.

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles: “Rusiya Ordusu kağız xəritələrlə müharəbə aparır”

Britaniyalı nazirin fikrincə, rus generallarını zəif planlaşdırma və müharibəyə hazırlıq, texnika və təchizatla bağlı problemlər, eləcə də orduda ümumi mənəvi tənəzzüldə günahlandırmaq olar:

“Onların təyyarələrinin demək olar ki, heç biri situasiya xəbərdarlığı və rəqəmsal döyüş idarəçiliyi ilə təchiz olunmayıb. Təyyarələrə tez-tez 1980-ci illərə aid Ukraynanın kağız xəritələri ilə rast gəlinir. Pilotlara harada olduqlarını bildirmək üçün vurulmuş Rusiya Su-34-lərinin alət panellərinə yapışdırılmış GPS qəbulediciləri tapılıb. Bu öz sistemlərinin keyfiyyətsizliyinə görədir”.

Rusların artilleriya və zirehli texnika ilə bağlı oxşar problemləri var. Onlar hərbi manevrlər üçün istifadə oluna bilməz, ancaq fərq qoymadan atəş açmaq üçün istifadə edilə bilər.

Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri vurğulayıb ki, Rusiya Federasiyasının yüksək dəqiqlikli silahlarından çox qorxmaq lazım deyil, çünki müharibənin ikinci həftəsindən sonra Rusiya kifayət qədər miqdarda olmadığı üçün onun istifadəsini kəskin şəkildə azaldıb.

Uolles bəyan edib ki, cəbhədə hadisələrin inkişafı Putin və ordusunun uzun sürən müharibəyə hazırlaşmadığını, əksinə, blitskrikə ümid etdiyini təsdiqləyir: “İndi işğalçıların durumu getdikcə pisləşir. Ukrayna müasir Qərb silahları alır və rusların resursları tükənir. Yaxın gələcəkdə rusları daha böyük problemlər gözləyir, çünki tətbiq edilən sanksiyalar hərbi texnika istehsalı üçün komponentlərin tədarükünü əngəlləyib. Ukraynadakı texniki itkiləri kompensasiya etmək olmayacaq və müdafiə müəssisələri fəaliyyətini dayandıracaq”.

Uolles əmindir ki, Rusiya diktatoru Putin öz ölkəsində ağır silahlar istehsal etmək qabiliyyətini itirərək artıq məğlub olub. Onun fikrincə, Rusiya hakimiyyət orqanlarının fəaliyyətində hələ də sovet idarəetmə tərzinin təsiri müşahidə olunur. “O vaxt da davranış qorxu və riyakarlıqla diktə edilirdi və bu gün də Rusiya silahlı qüvvələri bu sovet izini – əxlaqsızlıq və korrupsiya izini daşıyır”, – britaniyalı nazir bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın