“Dünyada və regionda münaqişə potensialı çox yüksək olaraq qalır. Dünya çoxqütblü olaraq qalmaqdadır, ancaq bəziləri laxlayan hegemonluğunu qorumağa çalışırlar”.

YALAN.info bildirir ki, bu sözləri MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətlərinin rəhbərlərinin Moskvadakı görüşünə onlayn formatda qatılan Rusiya Prezidenti Vladimir Putin deyib.

Rusiya lideri qeyd edib ki, “Şimal axını”na qarşı təxribat ümumavropa enerji infrastrukturunun məhv edilməsinə yönəlib: “Şimal axını”na qarşı törədilən diversiyalar Avropa iqtisadiyyatına böyük ziyan vurur, milyonlarla insanın həyatını pisləşdirir”.

Vladimir Putin fikrinin davamında Amerikanın xarici siyasətini də tənqid edib: “ABŞ Ukraynanı Rusiyaya qarşı taran kimi istifadə edir, Kiyevi silahlandırmaqla məşğuldur”.

Rusiya Prezidenti təhlükəsizlik orqanları və kəşfiyyat xidmətlərinin əməkdaşlarına müraciət edərək vətəndaşların kütləvi toplaşdığı yerləri və infrastruktur obyektlərini mümkün qədər daha diqqətlə mühafizə etməyi tapşırıb.

MƏNBƏTASS
Öncəki xəbərStoltenberq: Rusiyanın Ukraynaya qarşı amansız müharibəsi həlledici məqama keçir
Sonrakı xəbərAzərbaycan Ermənistana daha 10 hərbçinin meyitini təhvil verib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın