Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş Cəbrayıl rayonunun Şükürbəyli kəndi, Laçın rayonunun Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında Sərəncamlar imzalayıb. 

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi saytında məlumat yayıb. 

Sərəncamlara uyğun olaraq, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan və işğaldan azad olunmuş Cəbrayıl rayonunun Şükürbəyli kəndi, Laçın rayonunun Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 1,0 (bir) milyon və 800 min manat (toplam 1,8 milyon manat) ayrılıb.

MƏNBƏAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Öncəki xəbərAzərbaycan erməni hərbçilərinə aid daha 95 meyiti qarşı tərəfə təhvil verdi
Sonrakı xəbərBaş katib Stanislav Zasın başçılıq etdiyi KTMT missiyası Ermənistana gəlib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın