Futbol üzrə Portuqaliya Premyer Liqasında “Belenensens SAD” və “Benfika” klubları arasında olduqca qəribə oyun oynanılıb. 

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Belenensens SAD” klubunda kütləvi epidemiya baş verib. Əsas komandanın 17 oyunçusunda koronavirus (COVID-19) testi müsbət çıxdığı üçün hamısı karantinə yollanıb.

Nəticədə “Belenensens SAD” “Benfika” ilə qarşılaşmaya ikisi qapıçı olmaqla (biri müdafiəçi kimi çıxış edib), cəmi 9 futbolçu ilə çıxıb. İlk 45 dəqiqə qonaqların 7:0 hesablı üstünlüyü ilə bitib. İkinci hissəyə 7 nəfər futbolçu ilə çıxan “Belenensens SAD”-ın oyunçularından biri axsayaraq meydanı tərk edib. Reqlamentə görə, altı futbolçu ilə oynamaq mümkün olmadığından, oyun dayandırılıb.

Bu durumda ən maraqlısı isə odur ki, qarşılaşmadan qabaq klub görüşün təxirə salınması xahişi ilə futbol federasiyasına müraciət etsə də, onlara rədd cavabı verilib.

Highlights | Resumo: Belenenses SAD 0-7 Benfica (Liga 21/22 #12)
Öncəki xəbərXalq rəssamı Arif Hüseynovun “Azərbaycan aşıq sənəti” adlı bədii sərgisi keçirilib
Sonrakı xəbərAlbaniya və Kosovo baş nazirləri iki ölkənin birləşmək istədiyini bildirdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın