Polşanın Baş naziri Mateuş Moravetski Almaniya hökumətinin Ukrayna və enerji ilə bağlı siyasətini kəskin tənqid edərək, bunun Avropaya çox böyük ziyan vurduğunu deyib.

YALAN.info bildirir ki, o, bununla bağlı “Der Spiegel” jurnalına müsahibəsində danışıb.

“Berlinin həmişə öyündüyü Almaniyanın enerji siyasətinin bərbad olduğu aydınlaşır. Kömür və nüvə enerjisinin mərhələli şəkildə dayandırılması vaxtından əvvəl idi və bizə “Şimal axını” və “Şimal axını-2”nin tikintisi və bununla bağlı Rusiyadan asılılıq barədə danışmağa belə gərək yoxdur. Almaniya siyasəti Avropaya böyük ziyan vurdu.” – deyə, o bildirib.

Polşanın Baş naziri Almaniya hakimiyyətinin Ukraynadakı durumla bağlı mövqeyini tənqid edib: “Almanların, özəlliklə də müharibənin ilk aylarında tutduğu mövqe çox məyusedici idi. Biz əminik ki, Ukrayna təkcə öz yaşaması üçün deyil, həm də Avropanın azadlığı üçün mübarizə aparır. Almaniyanın enerji siyasətindəki səhvlərini belə gec etiraf etməsi Polşa tərəfini məyus edib. Rusiya boru kəmərlərindən silah kimi istifadə edir və Almaniya həmişə Moskvaya qarşı çox yumşaq davranıb, Rusiyaya boyun əyir”.

MƏNBƏReport informasiya agentliyi
Öncəki xəbərSözü ilə əməli üst-üstə düşməyən Ermənistan anlaşmalara sadiq qalacaqmı
Sonrakı xəbərEldəniz Əzizli 2-ci dəfə Dünya Çempionatının qızıl medalını qazandı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın