Qarabağ” FK Azərbaycan Premyer Liqasının 18-ci turunda səfərdə “Zirə” Futbol Klubunu 1:0 hesabı ilə məğlub edərək ilk yarını lider kimi tamamladı.

YALAN.info bildirir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Futbolçularımı təbrik edirəm. Dinamik, səbrli oyunla qalib gəldilər. Bir neçə gün rahat istirahət edə bilərlər. Onlar üçün darıxacam. Bilmirəm futbolçular mənim üçün darıxacaqlar. Yanvarın 5-də yenidən görüşəcəyik.

– İki fərqli hissə izlədik. İkinci hissədə futbolçular artıq istirahət ab-havasında idi?

– Tempi qoruyub-saxlamaq heç də asan deyil. Rəşad Sadıqov bu oyuna çox yaxşı hazırlaşmışdı. “Zirə” çəkinmədi, müdafiədə oturmadı. Bizim üçün heç də asan olmadı. İkinci hissənin sonlarına yaxın “Zirə” üstünlüyü ələ aldı.

– Yavarın 5-dək vaxtınız var. Bu müddətdə istirahət edəcəksiniz, yoxsa yeni futbolçuları nəzərdən keçirəcəksiniz?

– İstirahət üçün vaxtım az olacaq. 2-3 gündən sonra iş başında olacam. Çünki yanvardan sonra proqramımız daha sıx olacaq. Yaxşı plan üzrə ikinci yarıya hazır olmalıyıq. İşimiz çoxdur.

– Hazırlıq Bakıda olacaq. Bunun sizin üçün mənfi nəticələri olmayacaq?

– İnşallah ki, olmaz. Çünki vaxtımız azıdır. Xaricə gedib vaxt itirmək istəmirdik. Məncə, problem olmayaccaq. Komanda uzun müddət istirahətdə olmayacaq. Vaxtımız çox olanda ölkə xaricinə gedirdik. Çempionatın əvvəlindən formamızı daha da yaxşılaşdırmağa çalışacağıq.

– 2023-cü ili necə dəyərləndirirsiniz? Bu il sizin üçün ən yadda qalan an hansı idi?

– Uğurlu il keçdi. Məqsədimiz çempionatda çıxış etmək idi. Şükürlər olsun ki, Premyer Liqada çempion olduq. Çempionlar Liqasının qrupuna düşməsək də, Avropa Liqasında yaxşı mövsüm keçirdik. Çətinliklər oldu. Gözləntilər çox idi. Digər klublarımız məğlub oldu, ona görə bütün diqqətlər bizim üzərimizdə idi. Amma futbolçularım yaxşı çıxış etdilər. Ölkə kubokunda mübarizəmizə davam edirik. Xankəndidə olmaq, orda oyun keçirmək ilə damğa vurdu. Əziyyət çəkdik, sonda da gedib orda da oyun keçirdik. İnşallah, bundan sonra ölkəmizdə sakitlik olar və düşmən bizə heç bir təsir göstərə bilməz.

– İllərdir ən yaxşı məşqçi seçilirsiniz, ancaq futbolçularınız bu ada layiq görülmür. Bu il eyni hadisə olsa, buna reaksiyanız necə olar və namizəd olaraq kimi görürsünüz?

–  Futbol elə oyundur ki, burada fərqli seçimlərin olmağı normaldır. Futbolçularım tapşırıqlarımı yerinə yetirsinlər, onda mənim gözümdə ən gülüdürlər. Namizəd olaraq isə bu barədə düşünmək lazımdır.

– Bədavi bu gün 90 dəqiqə oynadı. O, əvvəlki formasına düşüb?

– Yaxşıya doğru gedir. Bəzən olurdu ki, oyunun gedişində dəyişirdik. Hazırda onun üçün çempionatın davam etməsi daha yaxşı olardı.

– İstirahət müddətində “Braqa”nı izləyəcəksiniz?

– Mütləq.

– İştirakınızla keçirilən son üç mətbuat konfransı uzun çəkir. Sizcə, bunun səbəbləri nədir?

– Yəqin məni çox istəməyə başlamısınız (gülür). Yəqin son oyunlardı deyə. Xankəndidəki suallar çox olmalı idi. Bu gün istəyirsiniz uzun olsun, davam edə bilərik.

– “Hekken”lə oyunda qeyd etmişdiniz ki, azərbaycanlılardan incimirəm. Suallar bəzən tənqidi olsa da, əsəbləşsəm də sonradan keçir. İstərdim bu il hansı təndiqlər sizə təsir etmişdi?

– Ciddi təsir edən hansısa təndiq olmayıb. Yayda “Rakov”a məğlub olduqdan sonra tənqidlər oldu, transfer etmədiyimizlə bağlı fikirlər səslənirdi. Bir neçə oyunçunu satmağımızla bağlı müzakirə gedirdi. Bəzən kənardan baxanda fikir bildirmək asandı. Amma işin içində nələr olur onları bilmədən nəsə deyəndə fərqli olur. İstəmirəm komanda daxilində olan hadisələr kənara çıxsın.

Daha böyük klub olmaq üçün riqslərə getməliyik. Transfer bazarına girməliyik. Oyunçularımız ölkə xaricinə çıxmalıdır. Bazarda da aktiv olmalıyıq. Digər tərəfdən yerli çempionatda uğursuzluq oldu. Amma bunlar hər il olan şeydi. Buna hazır olmalıyıq. Hər bir azərbaycanlı mənim üçün dəyərlidir.

– Danışıq apardığınız futbolçu var?

– Danışıq apardığımız futbolçular var. Nə dərəcədə uğurlu olacaq onu bilmirəm.

– “Qarabağ”ın futbolçuları ilə maraqlanan komandalar var?

– Maraqlanan komandalar var, amma ciddi təklif yoxdur. Çalışırıq ki, bu məsələləri ikitərəfli yoluna qoyaq.

– “Qarabağ”da əcnəbi futbolçular çoxdur. Xandəndidəki oyunlar bağlı xarici mediadan kimsə futbolçulardan açıqlama almadı. Bizim xeyrimizə olamayan vəziyyət olanda çalışırlar ki, futbolçulardan müsahibə alsınlar. Bunun səbəbini nədə görürsünüz?

– Müəllimim həmişə mənə deyir ki, köməyim sənə mane olmamaqdır. İndi də digərlərinin köməyi bizə mane olmamaqdır. Fransada Xankəndi haqda yazmasalar da hər şey öz qaydasındadır. Futbolçularımızın hadisə barədə tam məlumatı var, nə vaxt sual versələr yerində cavab verəcəklər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın