Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar olaraq 9,5 mindən çox fransız əsgəri səfərbər ediləcək, ya da döyüş hazırlığı vəziyyətinə gətiriləcək. Onlardan 1,5 mini NATO-nun şərq cinahının gücləndirilməsi missiyalarında iştirak edəcək.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Agence France Presse” Fransa Baş Qərargahına istinadən xəbər verir.

Qeyd olunub ki, Rumıniyada 500-ə yaxın fransız əsgəri yerləşdiriləcək. Estoniyada artıq 300 fransız əsgəri var və daha 100-ə yaxın əsgər dörd “Mirage 2000-5” qırıcısının müşayiəti ilə ora gedəcək. Məqsəd Baltikyanı ölkələrin hava hücumundan müdafiəsini gücləndirməkdir.

Polşa üzərində uçuşlarda isə 600-ə yaxın hərbçi də iştirak edir. Fevralın 24-dən uçuşlar gündə iki dəfə həyata keçirilir. Bundan başqa, təxminən 8000 fransız əsgəri NATO-nun çevik reaksiya qüvvələrinin bir hissəsi kimi hazır vəziyyətdədir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın