Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsində səfərdə İsveçə qarşı uduzmasını şərh edib.

Oxu.Az xəbər verir ki, İtaliyalı mütəxəssis 0:5 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında bunları deyib:

“İkinci qola qədər oyunda qaldıq. Düşünürəm ki, əla oyun göstərdik. Top daha çox bizdə idi. İkinci topdan sonra onların hər imkanı qol oldu. Bizim də şanslarımız var idi. Heç-heçə edə bilərdik. 70-75 dəqiqə çatdırırıq, sonra bizə çətin olur. Rəqib fiziki cəhətdən çox güclü idi. Birinci hissədə topla daha çox oynayırdıq. Onları çətinliyə salmışdıq. Rəqib reytinqdə bizdən 100 pillə irəlidə idi. Sonlarda 2002-2003-cü il doğumlu uşaqlara şans verdim. Nəticə önəmlidir, ancaq komandaya heç nə deyə bilmədim”.

İtalyan mütəxəssis bu məğlubiyyətdən dərs çıxarmalı olduqlarını söyləyib: “0:2-dən sonra ruhdan düşməməli, davam etməli, inanmalıydıq ki, nəticəni dəyişə bilərik. Daha artığını edə bilərdik. Baxmayaraq ki, rəqib çox güclüdür. Bu oyundan dərs çıxarmalıyıq. Hansı ki, bizim gələcək inkişafımıza kömək edə bilər”.

Məlumat üçün bildirək ki, AVRO-2024-ün seçmə mərhələsinin II turunda F qrupunda yer alan Azərbaycan yığması İsveçin qonağı olub. Oyun meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Qrupun digər oyununda Avstriya Estoniyanı qəbul edib. Bu görüşdə də meydan sahibləri qalib gəlib – 2:1.

İsveç 5:0 Azərbaycan | AVRO-2024, seçmə mərhələ | İCMAL

Yada salaq ki, bundan 3 gün öncə futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində ilk oyununa çıxıb. Linz şəhərindəki “Raiffeisen Arena”da oynanılan qarşılaşmada Avstriyanın qonağı olan komanda 4:1 uduzmuşdu. F qrupunun digər oyununda isə Belçika səfərdə İsveçi üç cavabsız qolla üstələmişdi.

Avstriya 4:1 Azərbaycan | AVRO-2024, seçmə mərhələ | İCMAL

AVRO-2024 seçmə mərhələsində keçirilmiş 2 turdan sonra 6 xal toplamış Avstriya millisi F qrupunun lideridir. Bir oyun az keçirmiş Belçika eyni xal toplamış İsveç millisini top fərqinə görə üstələyir. Ehtiyatında 1 oyun olan Estoniya da Azərbaycan yığması kimi hələlik xalsız qalıb. Növbəti turda, iyunun 17-si Estoniya və Azərbaycan milli komandaları Bakıda üz-üzə gələcəklər. Belçika isə qrupun lideri Avstriyanı qəbul edəcək.

AVRO-2024 Seçmə Mərhələsi, F qrupu

#KomandaOyun+=VQBQQFXal
1Avstriya22006246
2Belçika11003033
3İsveç21015323
4Estoniya100112-10
5Azərbaycan200219-80

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın