Yanvarın 4-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin başqa rəhbər heyəti Xüsusi Təyinatlı Qüvvələrin hərbi bölməsində olublar.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Öncə Ümummilli lider Heydər Əliyevin hərbi bölmənin ərazisindəki büstü və şəhidlərimizin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyulub. Müdafiə naziri hərbi bölmənin ərazisində tikintisi davam edən bir neçə hərbi obyektə baxış keçirib.

Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev hərbi bölmədə aparılan işlərlə bağlı müdafiə nazirinə məruzə edib. Müdafiə naziri tikinti işlərinin keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar uyğun tapşırıqlar verib.

Sonra general-polkovnik Z.Həsənov şəxsi heyətlə görüşərək xüsusi təyinatlıların Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqların ölkə başçısı tərəfindən yüksək dəyərləndirildiyini bildirib.

Nazir, həmçinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin istənilən əmrinin yerinə yetirilməsinə hər an hazır olmaları ilə bağlı uyğun göstərişlər verib.

Sonda müdafiə naziri xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr verib və onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Müdafiə naziri Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində olub

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın