Pentaqon Kramatorskdakı dəmiryol vağzalına raket hücumunun məhz Rusiya tərəfindən olduğunu təsdiqləyib.

YALAN.info bildirir ki, bununla bağlı aprelin 8-də jurnalistlər üçün keçirilən qapalı brifinqdə ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi danışıb.

“Aydındır ki, biz rusiyalıların (bu raket hücumuna görə – Red.) cavabdeh olmamaları ilə bağlı etirazlarını qəbul etmədik. Onlar əvvəlcə uğurlu buraxılış barədə elan etdilər, ancaq nəticələr barədə məlumat verilən kimi bunu təkzib etdilər”, – deyə Pentaqondakı mənbə bildirib.

Pentaqon həmçinin hesab edir ki, Rusiya Kramatorska hücum üçün RF Silahlı Qüvvələrinin 2021-ci ildə yaradılan 18-ci motoatıcı diviziyasından istifadə edəcək. Diviziya üç motoatıcı alaydan və zirehli alaydan ibarətdir.

“Bizim dəyərləndirməmizə görə, diviziyadan qatar stansiyasına hücum edilən yerdə istifadə olunacaq”, – deyən Pentaqon rəsmisi bölmələrin bu ərazidə hərəkətinin müşahidə edildiyini vurğulayıb.

“Bu, Ukraynanın şərq hissəsinin əsas dəmiryolu qovşağıdır və çox strateji yerdir”, – deyə o, əlavə edib.

Yada salaq ki, aprelin 8-də Kramatorsk dəmiryolu vağzalına iki ədəd “Toçka-U” raketi atılıb. Həmin vaxt stansiyada təxliyə olunmağı gözləyən minlərlə insan olub. Son məlumatlara görə, raket hücumu nəticəsində azı 52 nəfər ölüb, 109 nəfər yaralanıb.

MƏNBƏUNIAN
Öncəki xəbərBritaniya Ukraynaya 130 milyon dollarlıq silah və texnika göndərəcək
Sonrakı xəbərABŞ Ukrayna sərhədlərindən Rusiyanın “havasını” almağa çalışır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın