Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron Ukraynanın təhlükəsizliyinə zəmanət haqqında ikitərəfli saziş imzalayıblar.

YALAN.info bildirir ki, bununla bağlı dövlət liderləri birgə keçirdikləri mətbuat konfransına məlumat veriblər.

Zelenski və Makron arasında uyğun sənəd 10 illik müddətinə olmaqla Yelisey sarayında imzalanıb. “Biz Ukrayna ilə yan-yana durmaq əzmindəyik ki, Rusiya müharibədə uduzsun”, – deyə Makron sənədi imzaladıqdan sonra bildirib.

Bu sazişin bir hissəsi olaraq Fransa “əməkdaşlığın bütün aspektlərini” əhatə edəcək əlavə 3 milyard avroluq hərbi yardım verməyi planlaşdırır. Bura müdafiə sənayesi, hərbi təlim, kəşfiyyat və mülki yardım sahələrində əməkdaşlıq daxildir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın