“Bakı və İrəvan sülh müqaviləsini yekunlaşdırmağa hazırdırlar”.

YALAN.info bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkənin “Birinci Kanalı”nın efirində bildirib.

“Azərbaycan və Ermənistan artıq müharibə aparan tərəflər deyillər. Onlar vahid sənəd əldə etməyə, sülh danışıqlarını yekunlaşdırmağa, sülh müqaviləsinə nail olmağa tam hazır olduqlarını bildirirlər. Burada heç bir risk yoxdur”, – Kreml nümayəndəsi bildirib.

Onu da bildirək ki, bu gün Sankt-Peterburqda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın