Rusiya Ordusunun Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutması nəticəsində ölənlərin sayı 39-a çatıb.

YALAN.info bildirir ki, bununla bağlı “Ukrzaliznitsa” (“Ukrayna Dəmir Yolu”) Açıq Cəmiyyətinin İdarə Heyətinin rəhbəri Aleksandr Kamışin məlumat verib.

Raket sakinlər təxliyə olunan zaman düşüb. Ölənlərin 4-ü uşaq olub. Məlumata görə, Kramatorsk dəmiryolu vağzalına düşən raket “Toçka U”dur.

Ukrayna Təhlükəsizlik Xidmətinin nümayəndəsi Artyom Dextyarenko “Facebook”da hadisə haqında məlumat verib. Onun sözlərinə görə, fakt üzrə Cinayət Məcəlləsinin 438-ci maddəsi (müharibə qanun-qaydalarının pozulması) üzrə cinayət işi açılı.

Donetsk vilayəti hərbi administrasiyasının başçısı Pavel Kirilenko da bildirib ki, vağzala raket atılıb: “Polis, xilasedicilər hadisə yerində çalışırlar. Onlarla ölən və yaralananlar var”. O, Ukrayna vətəndaşlarını Donetsk vilayətindən çıxmağa çağırıb.

Yada salaq ki, iki gün öncə baş nazirin müavini İrina Vereşşuk əhaliyə Xarkov, Luqansk və Donetsk vilayətlərində durumun gərginləşə biləcəyi barədə xəbərdarlıq edib. Vereşuk, həmçinin sakinlərini təxliyə olunmağa çağırıb. “Ona görə Xarkov, Luqansk və Donetsk vilayətlərinin əhalisindən şəhərlərdən çıxmalarını xahiş edirik. Bizim indi buna ehtiyacımız var. Fürsət varkən evakuasiya lazımdır”, – baş nazirin müavini vurğulayıb.

Ölkənin xarici işlər naziri Dmitro Kuleba Twiter səhifəsindən etdiyi paylaşımda Ukraynada törədilən bütün hərbi cinayətlərdə əli olanların məsuliyyətə cəlb ediləcəyini deyib:

“Kramatorsk şəhərindəki dəmiryolu vağzalının təxliyə gözləyən mülki sakinlərlə dolu olduğunu ruslar bilirdi. Buna baxmayaraq, onlar vağzalı ballistik raketlə vuraraq azı 30 nəfəri öldürüb, 100 nəfəri də yaralayıblar. Bu, qəsdən törədilmiş qətliamdır. Biz hərbi cinayətkarların hər birini məsuliyyətə cəlb edəcəyik”.

https://www.youtube.com/watch?v=Hvo6HUx6Os0
18+ ВИДЕО | КРАМАТОРСК! Первые кадры после обстрела железнодорожного вокзала

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın