Türkiyə Ordusunun aprelin 18-dən İraqın şimalındakı “Pençe Kilit” əməliyyatı zonasında zərərsizləşdirdiyi terrorçuların sayı 100-ü ötüb.

YALAN.info bildirir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar videokonfrans vasitəsilə antiterror əməliyyatında iştirak edən birləşmə komandirlərinin toplantısında çıxışı zamanı bildirib.

Sonuncu əməliyyatda mağaralardan birində xüsusi təyinatlılar tərəfindən blokadaya alınmış bir qrup silahlı məhv edilib.

Ötən gün İraqın şimalında PKK terrorçuları ilə toqquşmada türk ordusunun 5 hərbçisinin şəhid olduğunu yada salan Akar, “Bir nəfər də olsun hərbçinin ölümünü cavabsız qoymamışıq və buraxmayacağıq”, – deyib.

Nazir Ankaranın Türkiyə sərhədləri yaxınlığında terror təhlükəsini tamamilə aradan qaldırmaq əzmində olduğunu vurğulayıb.

Öncəki xəbərBMT-nin məlumatına görə, Ukraynada 4 minə yaxın mülki şəxs ölüb
Sonrakı xəbərGürcüstanda yaşayan azərbaycanlılar asanlıqla öz soyadlarına qayıda biləcəklər
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın