Rusiyanın 24 fevralda Ukraynaya tammiqyaslı hücumu başlayandan bugünədək Ukraynada 3 974 mülki şəxs ölüb.

YALAN.info bildirir ki, bununla bağlı Birləşmiş Millətlər Təşkilatı (BMT) İnsan Hüquqları Ali Komisarlığının (UNHR) açıqlamasında deyilir.

Mülki əhalinin yaşayış yerlərinə ağır artileriya və reaktiv yaylım atəşi qurğuları kimi geniş sahələri məhv edən silahlardan açılan atəş, raket və hava hücumları nəticəsində həlak olduğu vurğulanır.

Bildirilib ki, ölənlər arasında 1 497 kişi, 985 qadın, 91 qız və 99 oğlan, o cümlədən cinsiyyəti hələ müəyyən edilməmiş 69 uşaq və 1 233 böyük var. Eyni zamanda, 4 654 nəfər yaralanıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın