“Atam Birinci Qarabağ müharibəsində Fərrux dağındakı ağır döyüşlərdə niyyət edib ki, sağ qalsa, adımı Fərrux qoyacaq”.

YALAN.info bildirir ki, bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində sosial şəbəkədəki paylaşımı ilə gündəm olan IT layihə meneceri Fərrux Məhərrəmli deyib.

O qeyd edib ki, Fərrux yüksəkliyinin doğum günündə azad olunması gözlənilməz olub və xəbəri də elə ona atası verib.

Fərrux Məhərrəmlinin özü də Aprel döyüşləri və 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. Füzuli, Cəbrayıl və Şuşanın azad olunması uğrunda döyüşüb.

Müxtəlif dövlət qurumlarında çalışan Fərruxun “ƏDV geri al” layihəsinin həyata keçirilməsində də böyük rolu olub. Daha ətraflı Baku TV-nin videosunda:

Adım Fərrux dağı şərəfinə qoyuldu, ad günümdə azad olundu – ARZUNUN VAXTI – BAKU TV

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın