“Qarabağda bir sıra məntəqələrdə çətin durum yaranıb”.

YALAN.info Onlayn Xəbərlər və nformasiya Saytı bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” hesabında yazıb.

“Bir sıra məntəqələrdə durum çox ağırdır. Bunu gizlətmirəm”, – deyə N.Paşinyan bildirib.

O, bir il əvvəl təxris olanları orduya qoşulmağa çağırıb:

“Bizim qanunvericilik onları hətta döyüş vaxtı da səfərbər etməyə icazə vermir, ancaq mən sizi səfərbər olmağa çağırıram”.

Qarabağdakı separatçı quldur rejimin “müdafiə nazirliyi” də qoşunların geri çəkildiyini etiraf edib.

Bu barədə Qarabağ separatçılarının rəhbərinin mətbuat katibi Baqram Poqosyan bildirib.

B.Poqosyan erməni qoşunlarının artıq itkilərdən qaçmaq üçün guya “taktiki” olaraq geri çəkildiyini söyləyib.

Ermənistanın “Dəhşət” ləqəbli polkovniki məhv edildi

İşğalçı Ermənistan silahlı qüvvələrinin daha bir polkovnik-leytenantı Artur Qalstyan Azərbaycan Ordusunun sərrast atəşi ilə məhv edilib.

“Dəhşət” ləqəbli A.Qalstyanın məhv edilməsi ilə bağlı Ermənistan parlamentinin birinci vitse-spikeri Vahe Enfiacyan özünün “Facebook”dakı səhifəsində bildirib.

Öncəki xəbərMN: Azərbaycan Ordusunun guya 200 nəfərdən artıq canlı qüvvə itirməsi yalandır
Sonrakı xəbərQırğızıstanda müxalif siyasi partiyaların planları açıqlanıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın