Türkiyənin tanınmış müğənni və aktyoru Özcan Dənizə qarşı keçmiş həyat yoldaşı Feyza Aktanı döymə iddiası ilə açılan cinayət işi yekunlaşıb. Məşhur yaxın günlərdə məhkəmə qarşısına çıxacaq.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Haber Global”ın məlumatına görə, prokuror onun altı aydan bir il altı ayadək azadlıqdan məhrumetmə cəzasına layiq görülməsini tələb edir.  

Məhkəmə iddianaməsində F.Aktan Ö.Dənizin onu üç il öncə Sariyerdəki evlərində yumruqla vurduğunu, lakin sonradan ərinin peşman olması səbəbindən polisə şikayət etmədiyini bildirib. Daha sonra Gökçədə, üçüncü dəfə isə Almaniyada döyüldüyünü bildirən F.Aktan yalnız bundan sonra polisə müraciət etdiyini qeyd edib.

Özcan Deniz – Bir Dudaktan (Klip)

Öncəki xəbərRusiyanın azərbaycanlı xanım çempionu Zemfira Əliyeva: UFC-də döyüşmək istəyirəm
Sonrakı xəbərMəşhur Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminlinin 1907-ci ildə ailəsi ilə şəkli
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın