Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmalıdır. Bu ölü təşkilatlardan İrəvan üçün heç bir əməli fayda yoxdur.

YALAN.info bildirir ki, bu fikirləri erməni siyasi şərhçi Tevos Arşakyan deyib.

“Bu yaxınlarda İrəvanda KTMT Parlament Assambleyası Şurasının toplantısı keçirilib. Tədbirdə Azərbaycandan heç bir nümayəndə yox idi, ancaq KTMT-nin bütün üzvləri Bakıdan qorxurmuş kimi danışırdılar. Onlar İrəvanın mərkəzində Azərbaycanın mövqeyini dəstəklədilər. “Biz sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində uğurlu irəliləyişlər əldə etmişik” – deyirdilər. KTMT-nin Baş katibi Stanislav Zas hətta qeyd etdi ki, Bakı bütün regionun təhlükəsizliyinin gücləndirilməsinə böyük töhfə verir”, – deyə erməni ekspert vurğulayıb.

Erməni ekspert bu baxımdan Ermənistanın KTMT və AİB-dən çıxması gərəkdiyini bildirib: “Bu ölü təşkilatlardan bizim üçün praktiki fayda yoxdur. Moskvaya meyilli olmamalıyıq – biz tam sürətlə hərəkət edib NATO-ya, texniki və texnoloji cəhətdən daha inkişaf etmiş Qərbə doğru getməliyik”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın