Əslən kubalı olan Hollivud (Hollywood) ulduzu Ana de Armasın pərəstişkarları “Dünən” filmini ekranlaşdıran Universal Pictures şirkətini məhkəməyə verib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, buna səbəb filmin treylerində göstərildiyi kimi aktrisa Ana de Armasın ekran işində yer almaması olub.

Piter Maykl Rosza və Konor Vulf adlı iki nəfər filmi icarəyə götürmək üçün 3,99 dollar ödədiklərini və Ananın ekran işində yer almamasına görə zərər etdiklərini bildiriblər.

2019-cu ildə çəkilən filmə görə “Universal Pictures”ə qarşı məhkəmədə iddiası qaldırılıb. Şirkət yalan və aldadıcı reklamlar hazırlamaqda ittiham edilib. İddiaçılar şirkətdən 5 milyon dollar təzminat tələb ediblər.

İddiada deyilir ki, bu yaxınlarda Ceyms Bondun “Ölməyə Zaman Yoxdur” filmində görünən de Armasın “uğurlu filmi və başqa media çıxışlarına görə Amerikada və bütün dünyada məşhurdur”. İddiaçılar Universal Picturesin de Armasın “şöhrətindən, parlaqlığından və sevilən” olmasından istifadə edərək onu “Dünən” filminin reklam treylerlərindəki səhnələrə salaraq filmi tanıtmağa çalışdığını iddia edirlər.

Yesterday – Deleted Scene with Ana de Armas (Best Quality)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın