“Pixar” “Disney” ilə birgə istehsalı olan “Toy Story” (“Oyuncaqların hekayəsi”) franşizasının prikveli olacaq “Lightyear” (“Laytyer”) elmi-fantastik cizgi filminin ilk treylerini yayımlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, video “Pixar”ın rəsmi “YouTube” kanalında yayımlanıb.

Cizgi filmi Baz Layter (Buzz Lightyear) personajından bəhs edəcək.

Baş qəhrəmanı “Marvel” komiksindəki “Kapitan Amerika” rolu ilə tanınan aktyor Kris Evans səsləndirib. Cizgi filminin rejissoru Enqus Makleyn, prodüseri isə Qalin Zusmandır. Cizgi filminin dünya premyerası 2022-ci il iyunun 17-nə planlaşdırılıb.

Qeyd edək ki, “Pixar”ın ilk tammetrajlı cizgi filmi  olan “Toy Story” 1995-ci ildə yayımlanıb və studiyanın ən popular, uğurlu franşizalarından biri hesab edilir.

Lightyear | Teaser Trailer
MƏNBƏOxu.az
Öncəki xəbərFreddi Krüger hələ də britaniyalıları qorxu altında saxlayır
Sonrakı xəbərNazirlər Kabineti Azərbaycanda xüsusi karantin rejimini 2022-ci ilə qədər uzatdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın