Disney Pixar kinostudiyasının ekranlaşdırdığı animasiya filmi yaradıcılarının gözləntilərini doğruldub. Rekorda imza atmağı bacaran “Dorinin Axtarışı” (Finding Dory) cizgi filmi bir həftəyə 136 milyon dollar gəlir qazandırıb.

İlk dəfə 2003-cü ildə balıqların sərgüzəştindən bəhs edən “Nemonun Axtarışı” (Finding Nemo) cizgi filmini təqdim edən kinostudiya, daha sonra filmin üçüncü hissəsinin də olacağını bildirib. Animasiyalı cizgi filmi ABŞ və Kanadada bir həftəyə kinoteatrların bilet satışından 136 milyon dollardan çox gəlir əldə edib. Bununla da təqdim olunan ekran əsəri animasiya filmləri arasında lider olmağı bacarıb.

İndiyədək bir həftə ərzində ən çox gəlir əldə edən cizgi filmi DreamWork studiyasının istehsalı olan “Şrek” (Shrek) animasiya filminin 2007-ci ildə təqdim edilmiş üçüncü hissəsi olub. Şrek bir həftəyə kinoteatrlardan 121 milyon dollar qazanc toplamağı bacarmışdı.


“Baby Dory” Clip – Finding Dory – Disney-Pixar

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın