Ermənistan Baş naziri Nikol Paşinyan Tacikistanda İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə görüşüb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ermənistan mətbuatı məlumat yayıb. Görüş zamanı İranla Ermənistan arasında iqtisadi münasibətlərin inkişafı müzakirə olunub. Paşinyanın Rəisi ilə Gorus-Qafan yolunda yaranmış duruma toxunduğu da gələn xəbərlər arasındadır.

Qeyd edək ki, Tacikistanda işgüzar səfərdə olan Paşinyan sentyabrın 16 -da Kollektiv Təhlükəsizlik Şurasının toplantısına qoşulub.  

Xatırladaq ki, sentyabrın 12-dən Gorus-Qafan yolunun Azərbaycandan keçən 21 km-lik hissəsində post qurulub. Azərbaycan sərhəddə İrandan gələn yük avtomobillərindən rüsum tutmağa başlayıb. Ermənistan da, İran da indi Azərbaycanın Gorus-Qafan yolunda İrandan gələn yük avtomobillərinin yoxlanılmasından rahatsızdır. 

Öncəki xəbərDünya Bankı “Doing Business” hesabatını verməyi dayandıracaq
Sonrakı xəbərErmənistan məhkəməsi keçmiş prezident Robert Köçəryanı Moskvaya buraxmadı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın